Bu işçilərin maaşı 3 dəfə artırıldı

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında" qərarda dəyişiklik edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqlarının məbləği artırılıb. Belə ki, aylıq əməyinin ödənişi fondunun məbləği 10 080 manatdan 31 466 manata çatdırılıb.

Sıra

№-si

Vəzifələrin adı

Əməkhaqlarının məbləği

aylıq vəzifə maaşı

(manatla)

mükafat (manatla)

1.

Direktor

2100

İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində

2.

Direktor müavini

1850

3.

Şöbə müdiri

1500

4.

Baş mütəxəssis, baş mühasib

1300

5.

Aparıcı mütəxəssis

1150

6.

Mütəxəssis

1000

Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.