https://news.day.az/azerinews/1632444.html
Fransada məhkəmə Makronun yeni qanununu ləğv edib
Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib. Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Fransada məhkəmə Makronun yeni qanununu ləğv edib
Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib.
Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hakimlər Makronun ifrat sağçı "Milli Mitinq" partiyasının nümayəndələri ilə razılaşdığı mətnin miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun ölkə konstitusiyasına zidd olduğunu vurğulayıblar.
Qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan "milli üstünlük" forması adlandırılıb.
Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре