Böyük Britaniya kralında xərçəng xəstəliyi aşkarlanıb

Böyük Britaniya kralı III Çarlz ictimai vəzifələrini təxirə salıb.

Day.Az-ın məlumatına görə, bu barədə Bukingem Sarayından bildiriblər.

Onun xərçəng xəstəliyinə tutulduğu bildirilib.

Böyük Britaniya kralının müalicə kursuna başladığı qeyd edilib. O, dövlət vəzifələrini yerinə yetirməyə və sənədlərlə işləməyə davam edəcək.