https://news.day.az/azerinews/1667740.html
G7 liderləri HƏMAS-ı atəşkəsə razılaşmağa çağırır
Yeddilik (G7) ölkələrinin liderləri Fələstinin HƏMAS qrupunu ABŞ prezidenti Co Baydenin təklif etdiyi İsraillə atəşkəs razılaşmasını qəbul etməyə çağıracaqlar. Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
G7 liderləri HƏMAS-ı atəşkəsə razılaşmağa çağırır

Yeddilik (G7) ölkələrinin liderləri Fələstinin HƏMAS qrupunu ABŞ prezidenti Co Baydenin təklif etdiyi İsraillə atəşkəs razılaşmasını qəbul etməyə çağıracaqlar.
Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, G7 ölkələri bu həftə keçirəcəkləri illik toplantının sonunda açıqlayacaqları kommünikedə də İsraili Rəfah şəhərində genişmiqyaslı hərbi hücumdan sonra gərginliyi azaltmağa çağıracaqlar.
G7-nin dili İsrailin baş naziri Benyamin Netanyahunu rəsmi olaraq atəşkəs təklifini qəbul etməyə məcbur etmək məqsədi daşıyır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре