Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instagram hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

Day.Az xəbər verir ki, paylaşımda qeyd olunur:

"Əhsən! Sizinlə fəxr edirəm! Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!"