Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Əmirov Rüfət Fikrət oğlu - polkovnik
Zalov Elşad Məhərrəm oğlu - mayor
"Vətən uğrunda" medalı ilə
Kərimov Zaur Ziyad oğlu - tibb xidməti polkovniki
Xəlilov Azər Akif oğlu - polkovnik-leytenant
Qəmərli Emin Ələkbər oğlu - polkovnik-leytenant
"Hərbi xidmətlərə görə" medalı ilə
Ağayev Ruslan Ağamirzə oğlu - mayor
Həsənov Aydın Mahir oğlu - mayor
Hüseynov Zaur Zirəddin oğlu - mayor
Şühraliyev Şamiq Ərşad oğlu - mayor
Yusif-zadə Qulam Eldar oğlu - mayor
Quliyeva Aygün Məhərrəm qızı - kapitan
Novruzov Fariz Xanlar oğlu - kapitan
Novruzov Nadir Oqtay oğlu - kapitan
Hacıyeva Leyla Vaqif qızı - leytenant
Verdiyeva Günel Akif qızı - gizir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре