Sumqayıtda zavodda baş verən yanğın söndürülüb

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

XXX

13:29

Sumqayıtda zavodda baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

XXX

13:13

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.

Day.Az nazirliyə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.