Şəki-Qax yolunda qəza

Şəki-Qax avtomobil yolunda qəza baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınlıb.

Şəki rayonunun İnçə kəndi ərazisində "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər -1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1986-cı il təvəllüdlü Röyal Həmidov xəsarət alıb.