Təyyarə qəzasında həlak olan Anar Babayev Astarada dəfn edilib

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan 1991-ci il təvəllüdlü Astara rayon Şiyəkəran kənd sakini Anar Babayevin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

Day.Az xəbər verir ki, ailəsi ilə vida mərasimindən sonra 33 yaşlı Anar Babayevin cənazəsi Şiyəkəran kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.

 

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.