https://news.day.az/azerinews/1720557.html
Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı
Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı

Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Day.Az xəbər verir ki, polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə iki ədəd "Kalaşnikov" markalı avtomat, üç ədəd avtomat darağı, 60 ədəd 7,62 çaplı avtomat patronu və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.
Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре