https://news.day.az/azerinews/1723330.html
Oğlu Çimnazın dəfnində iştirak etməyəcək
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Day.Az bildirir ki, axşam.az-ın məlumatına görə, aktrisanın oğlu Almaniyada yaşayır. Aktrisa Sonaxanım Əliyeva övladının anasının dəfninə qatıla bilməmə səbəbini açıqlayıb: "Oğlu Çimnazın öldüyünü sosial şəbəkədə görüb.
Oğlu Çimnazın dəfnində iştirak etməyəcək

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Day.Az bildirir ki, axşam.az-ın məlumatına görə, aktrisanın oğlu Almaniyada yaşayır. Aktrisa Sonaxanım Əliyeva övladının anasının dəfninə qatıla bilməmə səbəbini açıqlayıb:
"Oğlu Çimnazın öldüyünü sosial şəbəkədə görüb. Açıb oxuyub ki, anası vəfat edib. Onun dəfnə gəlməsi mümkün deyil. Çünki Almaniyadadır".
Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkimlərin səhv əməliyyatı ucbatından vəfat etdiyi iddia olunub. Aktrisanın oğlu atası ilə birlikdə Almaniyada yaşayır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре