"Rüfət olan yerdə burnunu hara soxursan?"

Aparıcı Tarix Əliyev (Tolik) Zaur Kamalın Sərxan Kərəmoğluna toyla bağlı sual verməsini tənqid edib.

Day.Az xəbər verir ki, Tolik Sərxanın Azərbaycanda heç bir məclisə dəvət olunmadığını deyib. O bildirib ki, müğənni Rüfət Axundov olan yerdə Sərxana bu cür sual verilməsi düzgün deyil:

"Orada Rüfət Axundov ola-ola Zaur Kamal 365 günün heç 15 günü toyda olmayan Sərxan Kərəmoğluna sual verir ki, Azərbaycanda ən tələbatlı müğənni kimdir? Bəli, Aygün Kazımova tələbatlıdır. Amma Sərxan, sən insanların dostluqla səni toya salmasa, neçə toya gedirsən? Rusiyada yaşayırsan deyə, səni çağırırlar. Bir-iki dəfə Şəmkirdə sənə toy təşkilatçılığı deyiblər. O da it ilindədir. Nə yalandan danışıb, şirinlik edirsən? Axı sən göstərici deyilsən. Toy sahəsində yoxsan. Bir dəfə ya Aygün Kazımova, ya Röya Ayxanla düşə bilərsən. Sən toy sahəsində yoxsan, kimə özünü göstərirsən? Deyərdin ki, Zaur, Azərbaycanda toylarda olmuram, çünki çağırmırlar. Niyə lazımsız yerə burnunuzu soxursunuz? Sərxan, sonuncu dəfə Azərbaycanda hansı toyda olmusan? Rüfət Axundov oturan yerdə sənə bu söz düşməzdi. Yaman şirinlik edirsən, onların sənin dəstəyinə ehtiyacı yoxdur". /Axşam.az