Bərdədə qadın "Tiktok"er mübahisə etdiyi kişini bıçaqlayıb

22:14

Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

20:59

Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

Trend-in yerli müxbirin xəbərinə görə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "Tiktok" sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq zərbəsi vurub. Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib.

T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxsin Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.