https://news.day.az/azerinews/1755625.html Bakının mərkəzində top mərmisi aşkarlandı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Bakı şəhəri Nəsimi rayonu Port Baku ərazisində aparılan tikinti işləri zamanı hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bakının mərkəzində top mərmisi aşkarlandı

Azərbaycanca, 26 мая 2025 11:23 (UTC +04:00) 342
Bakının mərkəzində top mərmisi aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Bakı şəhəri Nəsimi rayonu Port Baku ərazisində aparılan tikinti işləri zamanı hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, ANAMA, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan 1 ədəd 76 mm-lik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib.

Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости