https://news.day.az/azerinews/1755813.html “Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş "Saturn" neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb

Azərbaycanca, 26 мая 2025 18:45 (UTC +04:00) 385
“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb

Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş "Saturn" neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.

ASCO-dan Day.Az-а verilən məlumata görə, Qurğu Şıx limanından "Hövsan", "Hövsan 2" və "SOCAR 1" gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra "Andoqa", "Şüvəlan" və "Mərdəkan" gəmiləri ilə yedəklənib.

 

Bildirilir ki, üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.

Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən "Neptun" qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости