Prezident İlham Əliyev TDT mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Sazişi təsdiq edib

"Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş" təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qanuna əsasən, 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış "Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş" təsdiq edilib.