Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib

Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib.

Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, onlar dərhal xəstəxanaya çatdırılıb.

Bildirilib ki, tibbi müdaxilərə baxmayaraq, 5 hərbi qulluqçu dünyasını dəyişib.

Qeyd edilib ki, hadisə bu gün "Pəncə-Kilid" əməliyyatı çərçivəsində terrorçular tərəfindən öldürülən Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri zamanı 19 əsgər baş verib.