Rubio HƏMAS-a xəbərdarlıq etdi - "Bir neçə gün sonra..."

HƏMAS hərəkatı qısa müddət ərzində atəşkəs haqqında razılaşma ilə bağlı qərar verməlidir.
Day.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Tel-Əvivdən Dohaya yollanarkən jurnalistlərə verdiyi açıqlamada deyib.
"Gördüyünüz kimi, İsrail bu bölgədə əməliyyatlara başlayıb. Ona görə düşünürəm ki, bizim sazişin bağlanması üçün çox az vaxtımız qalıb. Bizim əvvəlki kimi aylarımız qalmayıb, çox güman söhbət günlərdən gedir, ola bilsin bir neçə həftə qalıb. Ona görə bu çox həlledici, vacib bir məqamdır",-deyə Amerikalı ali diplomat qeyd edib.
Xatırladaq ki, sentyabrın 8-də İsrail baş naziri Binyamin Netanyahu İsrail ordusunun yaxın günlərdə Qəzza şəhərində irimiqyaslı əməliyyata başlayacağını elan edərək, yerli sakinlərin bölgənin başqa ərazilərinə təxliyə olunmasını istəyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре