Vəkillər kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə biləcəklər

Vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə biləcək.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə isə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə təklif olunan əlavəyə əsasən, 92.3.6-cı, 92.3.7-ci, 92.3.9 - 92.3.11-ci maddələrdə nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə biləcək.