https://news.day.az/azerinews/1780815.html
Əliyar Ağayev bu çempionatın oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb. Trend xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada "Kopenhagen" və Almaniyanın "Bayer" klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.
Əliyar Ağayev bu çempionatın oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.
Trend xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada "Kopenhagen" və Almaniyanın "Bayer" klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре