https://news.day.az/azerinews/1780903.html Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi Əməkdar artist Nigar Şabanova yeni açıqlaması ilə gündəmə gəlib. Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı dünən məktəbə başlayan qızı haqqında yayılan rəylərə münasibət bildirib. Sosial media hesabında paylaşım edərək yazıb ki, uşağın geyimi və bantının rəngi ifaçının şəxsi seçimidir: "Necə qurdlu qadınlar var...

Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi

Azərbaycanca, 16 сентября 2025 16:35 (UTC +04:00) 373
Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi

Əməkdar artist Nigar Şabanova yeni açıqlaması ilə gündəmə gəlib.

Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı dünən məktəbə başlayan qızı haqqında yayılan rəylərə münasibət bildirib. Sosial media hesabında paylaşım edərək yazıb ki, uşağın geyimi və bantının rəngi ifaçının şəxsi seçimidir:

"Necə qurdlu qadınlar var... Sizə görə övladımın şəkillərinin rəylərini bağlamışam. Dözməyib mesaj bölməsinə yazırsınız. Hansı qanunda var ki, uşaq 1-ci sinifə gedirsə, mütləq ağ bant taxmalıdır? Mənim ürəyim istədi, ən bahalı bantı almışam, amma tünd rəngdə. Hamı ağ bant taxır, mən istəmədim. Yazırsınız ki, uşağın yubkasını qısaldın, siqan kimi görünür. Bu mənim seçimimdir. Uşaqdır, dərs zamanı lövhədə danışanda oturuşunu bilmir, ayaqları görünər. Mən istəmirəm ki, qızım məktəbə qısa geyinsin. Siz müasir olun, düzgün geyindirin. Məktəbə isə mənim istədiyim kimi geyinəcək. Hələ ki, uşaqdır." Dördpendirli pizza

Qeyd edək ki, Nigar Şabanova öz qardaşı qızı Nəfisəni övladlığa götürüb. 

  • Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi
  • Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi
  • Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi
  • Əməkdar artist övladının geyiminə müdaxilə edənləri sərt tənqid etdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости