Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO

Paytaxtımız doqquzuncu dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi edir və həyəcan artıq start götürüb.
Day.Az xəbər verir ki, bu gün ənənəvi Pit zolağı gəzintisi ilə sürət həvəskarları yarış həftəsonuna möhtəşəm başlanğıc ediblər.
Saat 16:30-da başlayan və təxminən iki saat davam edən gəzinti yalnız üç günlük bilet sahiblərinə xüsusi imtiyaz təqdim etdi. Minlərlə azarkeş sevimli komandalarının qarajlarını yaxından izləyərək Ferrari, Red Bull Racing və Mercedes kimi nəhənglərin bolidlərinin hazırlıq prosesinə şahid oldular.
Azarkeşlər eyni zamanda dünya şöhrətli pilotlarla şəkil çəkdirərək unudulmaz xatirələr topladılar. Mühərriklərin gurultusu, mexaniklərin sürətli işi və pit zolağındakı həyəcanlı ab-hava tamaşaçılara Formula 1 dünyasının pərdəarxasına unikal baxış imkanı verdi.
Pit zolağı gəzintisi yarış həftəsonunun açılışı kimi azarkeşlərə həm adrenalini, həm də atmosferi ilk gündən hiss etdirdi.
Xatırladaq ki, Bakı yarışı Formula 1 təqviminin ən maraqlı etaplarından biridir və bu il 19-21 sentyabr tarixlərində keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре