https://news.day.az/azerinews/1781468.html Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb - FOTO 18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb - FOTO

Azərbaycanca, 18 сентября 2025 22:12 (UTC +04:00) 368
Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb

18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

Day.Az xəbər verir ki, XİN-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə olunub.

Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd edilib.

Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətraf mühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanla-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.

Ötən ay Vaşinqton şəhərində baş tutmuş tarixi görüş zamanı əldə olunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regional normallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости