https://news.day.az/azerinews/1785497.html Bu ağcaqanadlar təhlükəlidir - Xəstəlik yayırlar Böyük Britaniyada ilk dəfə olaraq, tropik xəstəliklər yaya bilən təhlükəli ağcaqanad növlərinin izlərinə rast gəlinib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Britaniya səhiyyə təhlükəsizliyi agentliyi (ukhsa) misir və pələng ağcaqanadlarına məxsus yumurtalar aşkarlayıb.

Bu ağcaqanadlar təhlükəlidir - Xəstəlik yayırlar

Azərbaycanca, 5 октября 2025 00:20 (UTC +04:00) 529
Bu ağcaqanadlar təhlükəlidir

Böyük Britaniyada ilk dəfə olaraq, tropik xəstəliklər yaya bilən təhlükəli ağcaqanad növlərinin izlərinə rast gəlinib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Britaniya səhiyyə təhlükəsizliyi agentliyi (ukhsa) misir və pələng ağcaqanadlarına məxsus yumurtalar aşkarlayıb.

Məlumata əsasən, bu ağcaqanadlar denge, çikunqunya və zika kimi virus xəstəliklərini ötürmək qabiliyyətinə malikdir.

Misir ağcaqanadının yumurtaları Hitrou hava limanı yaxınlığında, pələng növünə aid yumurtalar isə M20 yolu üzərindəki xidmət zonasında tapılıb.

Mütəxəssislər bildiriblər ki, bu ağcaqanadlar hələlik ölkədə tam yayılmayıb. Lakin iqlim dəyişikliyi və yumşaq keçən qışlar gələcəkdə onların britaniyada məskunlaşması riskini artırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости