https://news.day.az/azerinews/1789746.html Azadlıq meydanının qarşısındakı yol bağlanır - SƏBƏB Bu gün saat 23:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Azadlıq meydanının qarşısındakı yol bağlanır - SƏBƏB

Azərbaycanca, 21 октября 2025 16:03 (UTC +04:00) 395
Azadlıq meydanının qarşısındakı yol bağlanır

Bu gün saat 23:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət təmir işləri ilə əlaqədardır və işlər başa çatana qədər hərəkət meydan ərazisindən təmin olunacaq.

Sürücülərə müraciət olunaraq bildirilib ki, aparılan işlərə anlayışla yanaşsınlar, sözügedən ərazidə hərəkət zamanı ehtiyatlı olsunlar, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости