“Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib - FOTO

Azərbaycan mədəniyyətinin zəngin ruhunu əks etdirən "Xarı Bülbül" çilçırağının təqdimat mərasimi möhtəşəm bir gecəyə çevrilib.
Qeyd olunub ki, "Museum Furniture" bu ideyanın həyata keçirilməsini artıq 1 il idi ki, planlayırdı.
Belə bir çilçırağın hazırlanması ideyası "Museum Furniture" tərəfindən irəli sürülüb. İdeyanın həyata keçirilməsi bir qədər çətin görünürdü. Nəhayət, 1 il sonra bu layihə artıq həyata keçib. Tədbirdə ölkəmizin mədəni irsini, milli dəyərlərini və incə zövqünü bir araya gətirən bu unikal layihənin fərqli formatda təqdimatı baş tutub.
Layihə Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunub və italyan mütəxəssislərlə birgə reallaşdırılıb. Dizayn prosesi İtaliyada - Neapol şəhərində yerləşən "i Borbone" brendi ilə əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb. "Museum Furniture"nin ideya müəllifi olduğu layihənin icrası zamanı italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, bunun nəticəsində ölkəmiz haqqında dərin təəssüratlar formalaşıb. Təqdimat mərasimində milli musiqi alətlərimiz, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib.
Tədbirdə vurğulanıb ki, "Xarı Bülbül" Azərbaycanın simvoluna çevrilib. "Museum Furniture" də müəllifi olduğu və ərsəyə gətirdiyi bu layihədə məhz bunu da nəzərə alıb.
Əgər bu simvol torpaqlarımızın işğalı dövründə itkini ifadə edirdisə, bu gün o, dirçəliş və qələbə rəmzidir.
"Xarı Bülbül" çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə yaxın mədəniyyətin - Azərbaycan və İtaliyanın birliyini əks etdirir. "Xarı Bülbül" bizim üçün sadəcə bir dizayn deyil, bu, xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın ifadəsidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре