https://news.day.az/azerinews/1799506.html Geodeziya və Kartoqrafiya Agentliyi TDT üçün rəqəmsal xəritələrin hazırlanmasına start verib Geodeziya və Xoreoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya koordinasiya sistemi və G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib.

Geodeziya və Kartoqrafiya Agentliyi TDT üçün rəqəmsal xəritələrin hazırlanmasına start verib

Azərbaycanca, 3 декабря 2025 11:51 (UTC +04:00) 337
Geodeziya və Kartoqrafiya Agentliyi TDT üçün rəqəmsal xəritələrin hazırlanmasına start verib

Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya koordinasiya sistemi və G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib.

Day.Az xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında çıxışı zamanı deyib.

General-leytenant bildirib ki, Azərbaycan rəqəmsal ordu konsepsiyası ilə bağlı ciddi addımlar atıb:

"Bu prosesdə rəqəmsal xəritələr əsas məsələlərdən biridir. Coğrafi informasiya sisteminin yaradılması isə bu günün tələbidir.

Bu coğrafi sistemlərlə birlikdə TDT-nin bu sahədə işləri birləşdirməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik xəritələrin tətbiqi danılmazdır. Bu, TDT-nin ortaq mənafeləri ilə bağlı əsas istiqamətlərdən biridir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости