Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) dekabrın 3-ü saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.
----------
18:18
Ağdərə rayonunda mina hadisəsi baş verib
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin məlumatında qeyd olunub.
Bildirilib ki, 1970-ci il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре