Ekranlardan uzaq düşən Polad Aləmdar uzun müddət sonra görüntüləndi

"Kurtlar Vadisi" serialında Polad Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmaz uzun müddət mediadan uzaq idi.

Day.Az xəbər verir ki, aktyor sosial şəbəkədə "Ankara səfəri" qeydi ilə paylaşdığı foto ilə yenidən diqqət çəkib. Ağarmış saçları və dəyişmiş görünüşü qısa vaxtda sosial şəbəkələrdə müzakirə olunub.

Paylaşımı görən istifadəçilər Şaşmaza ekranlara qayıtması üçün çağırış ediblər və onu yenidən seriallarda görmək istədiklərini yazıblar.

Aktyorun yeni görüntüsü "Kurtlar Vadisi geri dönəcəkmi?" sualını bir daha gündəmə gətirib.

Elxan Əliyev
Day.Az