Azərbaycan İspaniya iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın İspaniya iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 50,982 milyon ABŞ dolları təşkil edib.
Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon dollar və ya 1,8 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,5% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə birbaşa xarici investisiyaların ümumi həcmi 28,234 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре