https://news.day.az/azerinews/1806264.html Azərbaycanda gələn ildən internet qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA Sosial şəbəkələrdə növbəti ildən internet tariflərinin qiymətlərində artım olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qiymət dəyişikliklərinin ev təsərrüfatlarının aylıq xərclərinə və rəqəmsal xidmətlərdən istifadə imkanlarına necə təsir edəcəyi isə cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Azərbaycanda gələn ildən internet qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 30 декабря 2025 10:19 (UTC +04:00) 342
Azərbaycanda gələn ildən internet qiymətləri bahalaşacaq?

Sosial şəbəkələrdə növbəti ildən internet tariflərinin qiymətlərində artım olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qiymət dəyişikliklərinin ev təsərrüfatlarının aylıq xərclərinə və rəqəmsal xidmətlərdən istifadə imkanlarına necə təsir edəcəyi isə cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Day.Az xəbər verir ki, məsələ ilə əlaqədar "Aztelekom" MMC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda "Aztelekom" MMC-nin internet tariflərində artımla bağlı hər hansı qərarı mövcud deyil.

"Məlumat üçün bildirək ki, tariflərdə yenilik nəzərdə tutulduğu halda, abonentlər ən azı 30 gün əvvəl rəsmi kommunikasiya kanalları vasitəsilə məlumatlandırılır",- deyə MMC-dən əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости