https://news.day.az/azerinews/1807048.html
Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat - Çox sayda saxlanılan var
Türkiyənin İzmir şəhərinin Sahil Mühafizə Komandanlıq bölməsinin əməkdaşları Dikili rayonunun sularında qanunsuz miqrantların daşındığı qayıq aşkarlayıb. Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, radarlarda qayığın yerinin müəyyən edilməsindən sonra əraziyə Sahil Mühafizəsinə məxsus gəmi və qayıq göndərilib.
Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat - Çox sayda saxlanılan var
Türkiyənin İzmir şəhərinin Sahil Mühafizə Komandanlıq bölməsinin əməkdaşları Dikili rayonunun sularında qanunsuz miqrantların daşındığı qayıq aşkarlayıb.
Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, radarlarda qayığın yerinin müəyyən edilməsindən sonra əraziyə Sahil Mühafizəsinə məxsus gəmi və qayıq göndərilib. Dayandırılan qayıqda aralarında 7 uşaq olmaqla, ümumilikdə 50 qanunsuz miqrant saxlanılıb.
Saxlanılan qanunsuz miqrantlar zəruri prosedurların başa çatmasından sonra aidiyyəti üzrə - Vilayətin Miqrasiya İdarəsinə təhvil verilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре