Azərbaycanda zəlzələ olub

Şamaxı rayonunda 3,8 maqnitudasında zəlzələ qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilir ki, təbiət hadisəsi yerli vaxtla saat 18:55-də, Pirqulu stanasiyasından 9 km cənubda qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.

Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.