https://news.day.az/azerinews/1812255.html Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı? Tut bəhməzi Azərbaycan mətbəxinin və təbii müalicə üsullarının ən qiymətli qidalarından biridir. Yüksək dəmir tərkibi və enerji verən xüsusiyyəti ilə tanınan bu şəfalı qida, xüsusilə qış aylarında immun sistemini gücləndirmək üçün istifadə olunur.

Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı?

Azərbaycanca, 28 января 2026 06:46 (UTC +04:00) 354
Tut doşabı nəyə faydalıdır?

Tut bəhməzi Azərbaycan mətbəxinin və təbii müalicə üsullarının ən qiymətli qidalarından biridir. Yüksək dəmir tərkibi və enerji verən xüsusiyyəti ilə tanınan bu şəfalı qida, xüsusilə qış aylarında immun sistemini gücləndirmək üçün istifadə olunur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislər tut bəhməzinin aşağıdakı sağlamlıq problemləri üçün təbii dərman olduğunu bildirirlər.

Tərkibindəki yüksək dəmir sayəsində qan hüceyrələrinin istehsalını artırır.

Soyuqdəymə, qrip və öskürək zamanı bədənin müqavimətini yüksəldir.

Təbii şəkər tərkibi ilə idmançılar, inkişafda olan uşaqlar və halsızlıq yaşayanlar üçün sürətli enerji təmin edir.

Kalsium və maqneziumla zəngin olduğu üçün sümük erimesinin (osteoporoz) qarşısını almağa kömək edir.

Həzm sistemini tənzimləyir, qəbizlik kimi problemlərin aradan qaldırılmasına kömək edir.

Bəhməz konsentrə edilmiş bir qida olduğu üçün kalorisi yüksəkdir.

Maddələr mübadiləsini sürətləndirdiyi və bəzi hallarda iştahı açdığı üçün çəki almaq istəyənlərə tövsiyə edilir.

Əgər çəki probleminiz varsa, gündə 1-2 xörək qaşığından artıq qəbul etmək çəki artımına səbəb ola bilər.

Tut bəhməzi çox faydalı olsa da, bəzi qruplar üçün riskli ola bilər:

Diabet (Şəkərli diabet) xəstələri - Təbii də olsa, yüksək şəkər tərkibinə görə qan şəkərini sürətlə qaldıra bilər. Həkimlə məsləhətləşmədən istifadə edilməməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости