https://news.day.az/azerinews/1812488.html Dələduz “hüquqşünas” həbs edildi TikTok platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.

Dələduz “hüquqşünas” həbs edildi

Azərbaycanca, 28 января 2026 14:23 (UTC +04:00) 371
Dələduz “hüquqşünas” həbs edildi

TikTok platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.

Day.Az xəbər verir ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manat hissəsinin ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости