https://news.day.az/azerinews/1814192.html Binəqədidə 12 min manatlıq oğurluq - VİDEO Binəqədi rayonunun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11 840 manat olan optik naqil oğurlanıb.

Binəqədidə 12 min manatlıq oğurluq - VİDEO

Azərbaycanca, 5 февраля 2026 12:37 (UTC +04:00) 330
Binəqədidə 12 min manatlıq oğurluq

Binəqədi rayonunun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11 840 manat olan optik naqil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

 

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости