Azərbaycanda hüquq fakültələrində xanımlar çoxluq təşkil edir

Bir neçə il əvvəl Azəebaycanda 900 vəkil fəaliyyət göstərirdi. Bu gün isə onların sayı 2800-dən çoxdur. Ölkədə hakim sayı da azdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

A.Bağırov qeyd edib ki, son illər ərzində 7000-dən çox hüquqşünas vəkilliyə qəbul imtahanlarında iştirak edib.

"Azərbaycanda hazırda hüquq fakültələrində xanımlar çoxluq təşkil edir. Keçmişdə isə bunun əksi müşahidə edilirdi. Gender problemlərini işıqlandırıldıqdan sonra bu sahədə xanımların sayı çoxaldı. İndi ölkəmizdə vəkillərin 22%-i qadınlardır",- deyə o əlavə edib.