https://news.day.az/azerinews/1815413.html Bəy gəlini kəbin masasında atıb GETDİ - VİDEO Qazaxıstanda baş tutan nikah mərasimlərindən biri gözlənilməz hadisə ilə gündəmə gəlib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mərasim zamanı imam ənənəyə uyğun olaraq gəlindən məhr olaraq nə istədiyini soruşub. Gəlin isə cavabında "Changan" markalı avtomobil arzuladığını bildirib.

Bəy gəlini kəbin masasında atıb GETDİ - VİDEO

Azərbaycanca, 11 февраля 2026 14:52 (UTC +04:00) 348
Bəy gəlini kəbin masasında atıb

Qazaxıstanda baş tutan nikah mərasimlərindən biri gözlənilməz hadisə ilə gündəmə gəlib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mərasim zamanı imam ənənəyə uyğun olaraq gəlindən məhr olaraq nə istədiyini soruşub. Gəlin isə cavabında "Changan" markalı avtomobil arzuladığını bildirib.

Bu tələbi eşidən bəy qəfil ayağa qalxaraq mərasim yerini tərk edib. Onun bu davranışı həm qonaqların, həm də gəlinin təəccübünə səbəb olub.

Daha sonra məlum olub ki, gənc istənilən məbləği və ya hədiyyəni qarşılamaq imkanında olmadığını anlayıb. O, yerinə yetirə bilməyəcəyi vəd verməkdənsə nikah mərasimini davam etdirməməyə qərar verib. Hadisə qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости