Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.

Dövlətimizin başçısının sözlərinə görə, bağlantılar və birləşdirici marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üçtərəfli şəkildə əməkdaşlıq quracaq.