Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur
Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu gün qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərimiz hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçə ünvanlandığı təbrik məktubunda yer alıb.
"Şübhəsiz, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, fəal siyasi dialoqumuz bu əlaqələrin daha sürətlə inkişafına və strateji tərəfdaşlığımızın möhkəmlənməsinə şərait yaradır. Bu yaxınlarda Davosda Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq", - məktubda deyilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре