https://news.day.az/azerinews/1820113.html Motosikletlə avtomobil toqquşdu - Bakıda ağır qəza - VİDEO Martın 3-ü, axşam saatlarında paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında, mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə "Lökbatan" dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Motosikletlə avtomobil toqquşdu - Bakıda ağır qəza - VİDEO

Azərbaycanca, 5 марта 2026 11:05 (UTC +04:00) 277
Motosikletlə avtomobil toqquşdu

Martın 3-ü, axşam saatlarında paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında, mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə "Lökbatan" dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Müşahidələr göstərir ki, bəzi hallarda ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələr belə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsində yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir.

Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağır nəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi riayət edilməli, yollarda yüksək məsuliyyət nümayiş etdirilməlidirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости