“Gənclər evi” müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər
"Gənclər evi" yaradılmasının əsas məqsədlərinə nail olmaq üçün sahibkarlıq fəaliyyətini həyata keçirə biləcəklər.
Day.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, "Gənclər evi" sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
"Gənclər evi"nin idarəetmə strukturu, ştat cədvəli, işçilərinin say həddi və xərclər smetası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla nazirlik tərəfindən konkret şəraitə, işin həcminə, sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlərə və ayrılmış maliyyə vəsaitlərinə uyğun olaraq müəyyən olunur və təsdiq edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре