https://news.day.az/azerinews/1834343.html AFFA klubları cərimələyib "Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib. Day.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA klubları cərimələyib

Azərbaycanca, 14 мая 2026 15:52 (UTC +04:00) 291
AFFA klubları cərimələyib

"Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.

Day.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" - "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.

Mayın 10-da baş tutan "Neftçi" - "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan "Şamaxı" 700 manat cərimələnib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости