https://news.day.az/azerinews/1839669.html
Lənkəranda qaz xəttində QƏZA BAŞ VERİB
Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib. Bu barədə Day.Az-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib.
Lənkəranda qaz xəttində QƏZA BAŞ VERİB
Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.
Bu barədə Day.Az-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре