https://news.day.az/azerinews/1842525.html Uşağı timsahların hovuzuna atdılar - Qandonduran OLAY Britaniyadakı bir zooparkda baş verən hadisə ictimaiyyətdə böyük narahatlıq yaradıb. Day.Az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 3 yaşlı oğlan uşağı naməlum şəxs tərəfindən sürünənlərin saxlandığı hissəyə salınıb. Hadisə zamanı zoopark rəhbərinin həyat yoldaşı uşağı xilas etməyə çalışıb.

Uşağı timsahların hovuzuna atdılar - Qandonduran OLAY

Azərbaycanca, 19 июня 2026 10:29 (UTC +04:00) 291
Uşağı timsahların hovuzuna atdılar

Britaniyadakı bir zooparkda baş verən hadisə ictimaiyyətdə böyük narahatlıq yaradıb.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 3 yaşlı oğlan uşağı naməlum şəxs tərəfindən sürünənlərin saxlandığı hissəyə salınıb.

Hadisə zamanı zoopark rəhbərinin həyat yoldaşı uşağı xilas etməyə çalışıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Şübhəli qismində 30 yaşlı kişi saxlanılıb və ona qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Zərərçəkmiş uşaq isə ağır xəsarətlərlə, o cümlədən qol və çanaq nahiyələrində sınıqlar diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini kritik, lakin sabit kimi qiymətləndirirlər və müalicə davam etdirilir.

Hadisədən sonra zoopark müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Rəsmilər və yerli sakinlər baş verənləri şok və təəccüblə qarşılayıb, obyektin normalda yüksək təhlükəsizlik standartlarına malik olduğu bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости