https://news.day.az/azerinews/1858167.html Bakıya yağış yağacaq, dağlara qar yağması ehtimal olunur — XƏBƏRDARLIQ Bakıda və Abşeron yarımadasında 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, arımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıya yağış yağacaq, dağlara qar yağması ehtimal olunur — XƏBƏRDARLIQ

Azərbaycanca, 6 сентября 2026 20:19 (UTC +04:00) 384
Bakıya yağış yağacaq, dağlara qar yağması ehtimal olunur

Bakıda və Abşeron yarımadasında 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, arımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости