https://news.day.az/azerinews/1868002.html Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - DOSYE Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Day.Az Trend-ə istinadən Baş nazirin müavini Teymur Musayevin dosyesini təqdim edir:

Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - DOSYE

Azərbaycanca, 19 октября 2026 11:44 (UTC +04:00) 251
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Day.Az Trend-ə istinadən Baş nazirin müavini Teymur Musayevin dosyesini təqdim edir:

Teymur Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb.

1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb.

1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə H. T. P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib. 2001-2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq" proqramının direktor müavini vəzifəsində çalışıb. 2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N. Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə "Baku Dobromed Hospital" özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə "Chenot Palace Gabala" kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019-2020-ci ilin aprel ayına kimi "Spero Hospital" özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

23 aprel 2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. 19 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости