https://news.day.az/azerinews/1869986.html Ermənistan parlamentində insident yaşanıb - VİDEO Ermənistan Milli Assambleyasının iclasında insident baş verib. Müxalif deputat Edqar Kazaryan parlamentin spikeri Ruben Rubinyanı tənqid etdikdən sonra təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb. Day.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan parlamentində insident yaşanıb - VİDEO

Azərbaycanca, 27 октября 2026 14:31 (UTC +04:00) 300
Ermənistan parlamentində insident yaşanıb

Ermənistan Milli Assambleyasının iclasında insident baş verib. Müxalif deputat Edqar Kazaryan parlamentin spikeri Ruben Rubinyanı tənqid etdikdən sonra təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə parlamentin bugünkü iclası zamanı Kazaryanın çıxışı zamanı baş verib. O, çıxışında spikeri tənqid edib.

Ruben Rubinyan deputatdan bir neçə dəfə gündəlikdəki məsələlərlə bağlı danışmasını xahiş etsə də, Kazaryan bu tələblərə əməl etməyib. Bundan sonra spiker onun mikrofonunun söndürülməsini tələb edib.

Bir qədər sonra müxalif deputat tribunadan uzaqlaşdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости