https://news.day.az/azerinews/1870373.html "Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompaninin səhhətindəki problemin səbəbi hələ də tapılmayıb. AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, belçikalı mütəxəssis oktyabrın 23-də komandanın Münxendəki bazasında məşq zamanı huşunu itirib və nəticədə çiyni çıxıb.

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Azərbaycanca, 28 октября 2026 20:03 (UTC +04:00) 430
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompaninin səhhətindəki problemin səbəbi hələ də tapılmayıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, belçikalı mütəxəssis oktyabrın 23-də komandanın Münxendəki bazasında məşq zamanı huşunu itirib və nəticədə çiyni çıxıb. Hadisədən əvvəl gün ərzində şiddətli baş ağrılarından əziyyət çəkən 40 yaşlı məşqçi son günlər ərzində hərtərəfli nevroloji müayinədən keçib. Buna baxmayaraq, oktyabrın 26-na olan məlumata görə, həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.

Vensan Kompani Bundesliqanın VII turunda "Frayburq"la keçirilən və "Bavariya"nın 3:1 hesablı qələbəsi ilə başa çatan matçı buraxıb.

Qeyd edək ki, Münxen təmsilçisi 7 turdan sonra 17 xalla turnir cədvəlinə başçılıq edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости