https://news.day.az/azerinews/1872302.html Kobaxidze Avropa səfirini "faciəvi şəxsiyyət" adlandırıb Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinskini "faciəvi şəxsiyyət" adlandırıb. Day.Az xəbər verir ki, TASS-ın məlumatına görə, o bu barədə jurnalistlərlə söhbətində deyib. "Bunu sizə bir daha deyə bilərəm ki, cənab Herçinski faciəvi şəxsiyyətdir.

Kobaxidze Avropa səfirini "faciəvi şəxsiyyət" adlandırıb

Azərbaycanca, 5 ноября 2026 16:16 (UTC +04:00) 231
Kobaxidze Avropa səfirini "faciəvi şəxsiyyət" adlandırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinskini "faciəvi şəxsiyyət" adlandırıb.

Day.Az xəbər verir ki, TASS-ın məlumatına görə, o bu barədə jurnalistlərlə söhbətində deyib.

"Bunu sizə bir daha deyə bilərəm ki, cənab Herçinski faciəvi şəxsiyyətdir. O, hətta özündən əvvəlki səfir cənab (Karl) Hartzeldən də daha faciəvi şəxsiyyətdir. Cənab Hartzelin diplomatik karyerasını necə başa vurduğunu bilirsiniz. Ona gürcü xalqına qarşı istədiyi kimi danışmağa imkan verirdilər, sonda isə hətta layiqli bir vəzifə ilə də təmin etmədilər. İndi də cənab Herçinskiyə hər şeyi deməyə imkan verirlər. Buna görə də o, faciəvi şəxsiyyətdir", - deyə Kobaxidze jurnalistlərə bildirib.

Baş nazirin sözlərinə görə, Aİ səfiri seçki prosesinə kobud şəkildə müdaxilə edib, seçkilər ərəfəsində müxalifəti dəstəkləyən açıq çağırışlar səsləndirib, həmçinin etirazçıların ölkədə zorakılıq törətməsini təşviq edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости